Namaz qılmaq üçün başqalarını otaqdan çıxarmağım düzgündürmü?

    20.02.2019
Kimdən: 
Dərya
Sual: 
Əs salamu aleykum və rahmətullah. Mən namaz qılmağa təzə başlamışam. Namaz vaxtı otağımda kimsə olanda(namaz qılmayan birisi) otağı tərk etməsini xahiş edirəm, çünki fikrimi toplaya bilmrəm. Həmin adam isə bu hərəkətimə görə narazı qalır, yəni namaza görə onu otaqdan çıxmağa məcbur elədiyim üçün. Bilmək istəyirəm ki, belə etdiyim halda günah qazanırammı? Namazlarım batil olmurki?
Cavab: 

Və aleykum Salam. Namaz qılmaq üçün başqasından otağı tərk etməyi xahiş etdikdə günah qazanmırsınız və namazınız da batil olmur. Ancaq bir dəfə xahiş etdikdən sonra gördünüz ki, həmin adam otağı tərk etmir, onda məcbur etməyin və mübahisəyə də yol verməyin. Namazı onun yanında qıla bilərsiniz. Namazda fikrin toplanması üçün də şəriətdə buyurulan ən əsas səbəblərdən istifadə edin. Daha ətraflı:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Xuşu nədir və necə əldə edilir?
Namazı batil edən amillər
Namazda bəyənilməyən əməllər hansılardır?

Teqlər: 
Paylaş: