Namaz qılanın qarşısından başqa insan keçərsə namaz batil olurmu?

    27.03.2019
Kimdən: 
Turkan
Sual: 
Salam.Allah razi olsun.Namaz qilarken qarsinnan insan kecerse namaz batil olurmu?
Cavab: 
Və aleykum Salam. Namaz qılan insanın qarşısından kişinin keçməsi namazı batil etmir, qadının keçməsi isə namazı batil edir. Kişi və ya qadın olmasından asılı olmayaraq namaz qılanın qarşısından keçən günah qazanır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Namaz qılanın önündən keçən şəxs nə qədər günah işlədiyini bir bilsə, namaz qılanın qabağından keçməkdənsə, qırx gün yerində durmağı daha xeyirli hesab edərdi". (Səhih Muslim "Salət", 261; ət-Tirmizi "Salət", 249).
Ona görə də namaz qılarkən başqalarının keçə bilməyəcəyi yerdə qılmaq, bu mümkün olmadıqda qarşıya sütrə qoymaq lazımdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: