Cəhənnəmdə olanlar üçün "Cənnət həyatı" varmı?

    28.04.2019
Kimdən: 
Vusal
Sual: 
Salam eleykum rahmutullahu ve bereketuhu.cehennemde ''cennet heyati '' anlayisi varmi.Suali cavablandirardiniz cox xais edirem
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Cəhənnəmdə "cənnət həyatı" deyə bir anlayış yoxdur. Çünki cənnət, axirətdə mükafat olaraq bu dünyada Allaha və Rəsuluna iman gətirən əməli saleh insanların əbədi səadət diyarıdır. Cəhənnəm isə günahkarların, kafirlərin və münafiqlərin əzaq olaraq düşəcəyi bir məskəndir. Odur ki, belə bir yerdə cənnət həyatının olması mümkün deyildir, lakin etdiyi günahlara görə Cəhənnəmə düşən müsəlmanlar bir müddət orda qaldıqdan sonra, günahları təmizlənərək Cənnətə girəcəklər. Allahı inkar edən kafirlər, Allaha şərik qoşan müşriklər və münafiqlər (yalandan özünü müsəlman göstərib əslində  kafir olanlar) isə Cəhənnəmdə əbədi qalacaqlar. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: