Dualarımın əksi baş verdiyi üçün dua etməkdən qorxuram...

    27.05.2019
Kimdən: 
Seva
Sual: 
Salam.Sualımı cavablandırsanız sevinerem.Men namaz qılıram.Birmüddet qılmadım.Yeniden başlamışam.İnşeAllah sonacan qılaram.Sualım odur ki,aileliyem.namazda dua edirem heyst yoldaşımçün,işlerinin yolunda getmesi,ruzisinin bol olması üçün.Ama eksine olur herşey.ve özümü günahkar hiss edirem.Düşünürem ki,menim dualarım qebul olunmur,daha da pise doğru gedir menim ucbatımdan.dua etmeye de qorxuram artıq.Niye bele olur?Heqiqeten menimle bağlı ola biler işlerin yolunda getmemesi falan?
Cavab: 
Və aleykum Salam. Uca Allah öz hikməti ilə duaların qəbul olunmasını gecikdirir və ya tezləşdirir. Sizin üzərinizə düşən dualarda israrlı olmaq, ruhdan düşməməkdir. Həmçinin, duaların qəbul olunması üçün səbəblərdən istifadə edin. Dua etmək ibadətdir, hər dua etdikdə savab qazanırsınız. Daha ətraflı:
Paylaş: