İqamə oxumadan namaz qılmaq doğrudurmu?

    19.07.2019
Kimdən: 
Adsiz
Sual: 
Salam Aleykum. Men namaz qılarken iqame demeyi unuduram. Her defe niyyet edib tekbirle namaza başlayıram. Sizce bu cür qildigim namaz doğrudurmu? 2ci sualım. Eli süfresi adlı ehsan süfresi açırlar düzü istirak etmemişem bilmek isterdim dinimizde bele bir şey var?
Cavab: 
Və aleykum Salam.
1. Azan və iqamə oxumaq camaat üçün (iki və daha artıq şəxs olduqda) istənilən halda (sə­fər­də, evdə, namazın qəzasını qıldıqda) vacibdir. Bu halda bir nəfərin azan və iqamə verməsi kifayətdir. Tək namaz qılan şəxs üçün isə vacib olmasa da, müstəhəb, yəni bəyənilən əməldir. Qadınlar üçün isə nə azan nə də iqamə vermək vacib deyildir. Lakin səs­lə­ri­ni çox uca qaldır­madan bunu etmələri müstəhəbdir (bəyəniləndir). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi çöllükdə olarkən namazın vaxtı girərsə, dəstəmaz alsın, su tapmadıqda isə təyəm­müm etsin. Namaza iqamə verəndə, onun iki mələyi də onunla namaz qılar. Əgər azan oxuyub iqamə verərsə, arxasında ucu-bucağı görünməyən Allah orduları namaz qılar". (Abdur-Razzaq "əl-Musannəf" əsəri, 1955).
"Nama­za azan verildikdə səma qapıları açılır və dua qəbul olunur". (Əbu Ya'lə, 4072).
"Müəz­zinin (azan verənin) səsini eşidən elə bir cin, insan, ağac və daş yoxdur ki, (Qiyamət günü) ona şahidlik etməsin". (İbn Məcəh, 723, 772).

Azan və iqaməsiz namaz qılan cama­atın namazı səhih hesab olu­nur, lakin vacibi tərk etdiyinə görə günah qazanırlar və buna görə tövbə etmələri lazım gəlir. Unutqanlıqdandan və ya bilmə­yərək­dən bunu edənlər isə günah qazanmır. Qeyd edək ki, azan və iqamə yalnız Cümə və fərz namazları üçün ve­ri­lir. Niyyəti isə səssiz etmək lazımdır. Yəni, dinimizə görə niyyətin yeri qəlbdir, onu dil ilə tələffüz etmək isə bidətdir (dində yenilik). Daha ətraflı:
2. İslama görə ehsan kiməsə yaxşılıq etməyə deyilir. Lakin ölən şəxs üçün müxtəlif mübarək şəxslərin adları ilə müəyyən günlərə və ya əlamətlərə görə xüsusi yeməklər hazırlayaraq ehsan vermək bidətdir (dinə sonradan gətirilən yenilikdir). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: