Mən evdə tək olanda qorxuram

    30.03.2014
Sual: 
Salam aleykum. Men evde tek olanda qorxuram. Ele bil kimse meni chağirir. Qorxmaq gunahdirmi?
Cavab: 

Aleykum salam. Sizə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) buyurduğu zikr və dualardan istifadə etmək, səhər-axşam zikrlərini, Ayətul Kursi-ni hər namazdan sonra, gecə yatmazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq tövsiyə olunur. Həmçinin, əl-Fatihəəl-İxlasəl Fələq və ən-Nas surələrini hər namazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Bundan əlavə dinimizin buyurduğu Quran ayələrindən, zikr və dualardan ibarət sözlərlə ruqya oxumaq məsləhətdir. Belə hallarda qorxmaq günah sayılmır. Həmçinin bunu oxuyun: Allahın kəlamı ilə müalicə

Paylaş: