İsa peyğəmbər zühur etdiyində nə üçün donuzları öldürəcək?

    30.07.2019
Sual: 
Salam aleykum.suallari etraflı cavablandırdığınız ucun sağ olun.1) cizye nedir? 2)ölmüş birinin daxili orqanlarından kimise verile bilermi? Yada sağ iken o vesiyyet ede bilermi ehtiyacı olan bir kese ölenden sonra orqanı başqa birisine verilsin,buna İslamda icaze varmı? 3)secdede dua zamanı gözü yummaq olarmı?4)İsa peyğəmber zühur edende donuzları öldürecek.niye mehz bu heyvanları.?
Cavab: 

Və aleykum Salam.
1. Cizyə - müsəlman torpaqlarında, islam dövlətində can, namus və ümumi təhlükəsizliyin təmin edilməsi müqabilində qeyri-müsəlman əhalinin öz dinlərində qalması və bununla yanaşı öz dinlərini təbliğ etməmələri şərtilə onlardan alınan vergi növüdür. Hal-hazırda isə belə şey yoxdur. Daha ətraflı:
Cizyə kimlərdən götürülür?
Cizyənin miqdarı

2. İslam şəriətinə görə sağ ikən və öldükdən sonra müəyyən şərtlər daxilində orqan bağışlamaq olar. Daha ətraflı:
Öləndən sonra orqan bağışlamaq haqqında
Sağ ikən orqan bağışlamaq olarmı?

3. Ümumən gözü yumaraq dua etmək olar, namazda isə gözləri yummaq bəyənilmir. Həmçinin oxuyun: Namazda bəyənilməyən əməllər

4. Qiyamət gününə az qalmış İsa peyğəmbər ədalətli bir hökmdar olaraq göydən yerə enəcək, xaçları sındıracaq, donuzları öldürəcək və Dəccalı məhv edəcək. Uca Allah buyurur: "Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir". (əz-Zuxruf, 61). 
Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Canım Əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu İsa aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaq. Həmin vaxt mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O zaman bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır". (Səhih əl-Buxari, 2222; Səhih Muslim, 155; əl-Beyhaqi "Sunən əl-Kubra", 1/244).
İbn Battal (Allah ona rəhmət etsin) və bir çox islam alimləri demişdirlər ki, Qiyamətə yaxın İsanın (Allahın ona salamı olsun) donuzları öldürəcəyi donuz ətinin İsa peyğəmbərin də şəriətində haram olmasına və həmçinin bunu özlərinə halal edərək "şəriətimizdə donuz əti halaldır" deyən xristianların təkzib edilməsinə işarədir. (Şərh Səhih əl-Buxari, 644; Şərh Muslim, 2/190; Hafiz ibn Həcər "Fəthu-Bari", 4/414, 6/491; Fətəva ər-Ramli, 1/97). Həmçinin oxuyun:
Donuz əti niyə haram sayılır?
Haram qidalar

Teqlər: 
Paylaş: