Haqsızlığa məruz qalmış şəxsin bəddua etməsi düzgündürmü?

    19.07.2019
Sual: 
Salam bir insan qargış edir ki qeybetimi eden insanları bagışlamayacam bele qargış etmek duzgundurmu?
Cavab: 
Və aleykum Salam. Hər bir müsəlman bacardıqca bəddua və qarğışdan çəkinməlidir. Lakin əgər ona haqsızlıq edilərsə, bu zaman həddi aşmamaq şərtilə olunan haqsızlığın qədərinə uyğun bəddua edə bilər. Əgər bəddua etməyib səbir edərsə, bu onun üçün Allah qatında daha xeyirli olar. Uca Allah buyurur: "Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir". (ən-Nəhl, 126). Həmçinin, bilmək lazımdır ki, ona qarşı haqsızlıq edilmiş şəxsin bədduasından çəkinmək lazımdır. Çünki, onun bədduasını Allah qəbul edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Məzlumun duasından qorx. Həqiqətən onun duası ilə Rəbbi arasında heç bir maneə yoxdur". (Səhih Muslim, 19; Səhih əl-Buxari, 1395). Bu səbəbdən insanların haqqını tapdalamaqdan və onlara zülm etməkdən çəkinmək lazımdır. Daha ətraflı:
Paylaş: