Dəstəmazlı ola-ola hər namaz üçün ayrıca dəstəmaz almaq olarmı?

    10.08.2019
Kimdən: 
Aytac
Sual: 
Salam eleykum.Qadın evde Ramazan ayının namazlarını qıla bilərmi? Yoxsa camaatla qılınar? 2)Dəstəmazım pozulmasada hər namazda yenidən dəstəmaz alıram bu şeytanın emeline uymaq olur? Bayramınız Mübarək olsun. ALLAH Günahlarımızı əfv etsin.Mən hər kəsə burda dini sulları cavablandırdığınız üçün sizlərə dua edirem sizlərdə mənə və bizlərə dua edin namaz üsdə edilən dualar tez qəbul olar. Allah razı olsun.
Cavab: 
Və aleykum Salam.
1. Əgər Ramazan ayının namazları dedikdə təravih namazlarını nəzərdə tutursunuzsa, bunu həm tək, həm də camaat halında qılmaq olar. Lakin, imkan daxilində camaatla qılmaq daha yaxşıdır. Həmçinin oxuyun:
2. Dəstəmazı pozan hallardan hər hansı biri baş vermədikcə, həmin dəstəmazla bütün namazları qılmaq icazəlidir. Lakin, dəstəmaz pozulmasa belə hər namaz üçün dəstəmaz almaqda bir qəbahət yoxdur. Əksinə, bu daha yaxşı hesab olunur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) çox vaxt hər namaz üçün dəstəmaz alardı. Bəzi hallarda isə bir dəstəmazla bir neçə namaz qılardı. Bir hədisdə Peyğəmbərimiz demişdir: "Əgər ümmətimə çətin olmasaydı onlara hər namaz üçün dəstəmaz almağı, hər dəstəmazda isə dişləri misvakla təmizləməyi əmr edərdim" (İmam Əhmədin "Musnəd" əsəri, 2448).
Həmçinin oxuyun:
Paylaş: