Qadından gələn qəhvəyi axıntı orucu pozurmu?

    26.06.2019
Sual: 
Salam.sualima gore uzr isteyirem orucluyken qadina qehveyi leke deyse oruc tuta namaz qila Qurana toxuna bilermi.ama bu leke vidilineya kimidi.
Cavab: 

Va aleykum Salam. Adət (heyz) günlərindən başqa günlərdə qadından gələn axıntılar namaz qılmağa, oruc tutmağa və Quran oxumağa maneə deyil. Yalnız adət günlərinə təsadüf edən qəhvəyi rəngli axıntı adətdən sayılır. Adət günləri bitdikdən sonra isə bu axıntılara fikir verilmir. Həmçinin bu sualların cavablarına qayıda bilərsiniz:

Tünd ləkələr heyz qanından sayılırmı? 

Heyz müddəti bitsə də, gələn maye kəsilmir. Hələ gözləməliyəm?

Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam? 

Teqlər: 
Paylaş: