Yasin və mücir duasını başı açıq halda oxumaq olarmı?

    25.06.2019
Kimdən: 
ss
Sual: 
salam.men vaxt tapdiqca yasin ve mucur duasini oxuyuram.ama mene deyilibki basini baglamayib oxusan dua qebul olmur.bu ne derecede duzgundu?
Cavab: 

Va aleykum salam. Duanın qəbul olunması üçün başı bağlamaq şərt deyil. Uca Allah Ona dua edənin duasını qəbul edəcəyini bildirərək buyurur: "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər"." (Ğafir, 60). Həmçinin buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər." (əl-Bəqərər, 186). Lakin duanın tez qəbul olunması üçün duanın ədəblərinə riayət etmək lazımdır. Sualda xüsusən Yasin surəsi və Mucir duası qeyd olunur. Quranın istənilən surəsini oxumaq savabdır. Mucir duasına gəlincə belə bir dua Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bizə gəlib çatmamışdır. Yaxşı olar ki,  Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) etdiyi duaları oxuyasız. Əlavə olaraq aşağıdakı sualların cavablarına qayıda bilərsiniz:

Paylaş: