Ramazan orucunu üzrlü səbəbdən pozanın kəffarəsi nədir?

    25.06.2019
Kimdən: 
Tural Fərzəliyev
Sual: 
Mən Ramazanda oruc tutanda günün altında işlədim. Susladım, halsız oldum, hərəkətimi olmadı hərəkət eləməyə. Məndə məcbur oldum orucumu açdım. Onun kəffarəsi vəya qəzası nə qədərdir?
Cavab: 

Salam aleykum. Oruc tutan insan ağır iş rejimi və ya digər səbəbdən dözülməz halda susayarsa və orucu açmadığı təqdirdə canına zərər toxunacağından qorxarsa, bu halda orucunu aça bilər. Bu halda o, üzürlü sayılır və buna görə ona günah yazılmır. Ramazan bitdikdən sonra digər günlərdə orucunu pozduğu günlərin sayı qədər qəza orucu tutmalıdır. Uca Allah orucla əlaqəli ayədə buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir". (əl-Bəqərə, 185). Başqa bir ayədə buyurur: "Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz?" (əl-Ənam, 119). Əlavə olaraq bu sualların cavablarına qayıda bilərsiniz:
Dözməyib orucumu açsam, kəffarə düşür, yoxsa qəza?
Əgər oruc qəza edilərsə, onun əvəzinə 60 gün tutmaq lazımdır?
Ramazan ayının orucu 

Paylaş: