Ramazanda fitrə zəkatını pul şəklində vermək olarmı?

    25.06.2019
Sual: 
salam aleykum ramazanda fitreni pul seklinde vermek olar birde fitreni ne vaxtacan cixarda bilerik evvelceden cox sagolun
Cavab: 

Va aleykum salam. Fitrə zəkatını pul şəklində vermək icazəli deyil. Baxmayaraq ki, bəzi alimlər fitrə zəkatını zərurət olduqda pul şəklində verməyi icazəli görmüşlər, lakin dəlillər bunu göstərir ki, fitrəni hədislərdə qeyd olunan qida məhsullarından vermək lazımdır. Abdullah ibn Ömər (Allah ondan və atasından razı olsun!) demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) (Ramazan bayra­mın­da) fitrə zəkatı olaraq müsəlmanlardan köləyə və azad insana, kişiyə və qa­dı­na, kiçiyə və böyüyə bir saa xurma və ya bir saa arpa verməyi vacib bu­yur­muşdur. Pey­ğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) fitrə zəkatını, camaat (bayram) namazına çıxma­mışdan əvvəl verməyi əmr etmişdir". (əl-Buxari, 1503). Hədisdən göründüyü kimi fitrə zəkatını bayram namazına kimi çıxarmaq lazımdır. Həmçinin, bu sualların cavablarına qayıda bilərsiniz:

  1. Fitrə zəkatı

  2. Fitrə zəkatı hansı məhsullardan verilir?

Paylaş: