Hər dəfə yuyunduqdan sonra paltarıma sidiyin bulaşması haqda vəsvəsə gəlir, bundan necə qurtulum?

    31.08.2019
Sual: 
Salam. Mən namaza yeni başlamışam və əvvəlcə qılırdım, sonra məşğələlətim olduğu üçün qıla bilmədim. İndi isə yenu başlamışam və məni bir şey narahat edir, deməli, hər dəfə dəstəmaz almazdan öncə ayaqyolunda istibra edirəm, lakin elə fikirləşirəm ki, guya, paltarıma sodok damcısı dəyib, hətta, demək olar ki, hər gün bu halı yaşadığım üçün yeni alt paltarı geyinmək məcburiyyətində oluram. Bu hallar, bilirəm ki, şeytan təşvişləridir, bəs bundan necə qurtula bilərəm?
Cavab: 
Va aleykum salam. Sualda qeyd etdiyiniz hal özünüz təsdiq etdiyiniz kimi şeytanın vəsvəsəsidir. Bu vəsvəsədən qurtulmaq üçün ilk növbədə şəriət baxımından təharət məsələlərini yaxşıca öyrənin. Həmçinin, bilin ki, Uca Allah bizi yalnız gücümüz çatan əməllərlə mükəlləf etmişdir. O buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286). Həmçinin buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir". (əl-Bəqərə, 185).
Ayaq yoluna girdiyiniz zaman təmizlənin, bundan sonra sizə gələn vəsvəsələrə də fikir verməyin. Həmçinin oxuyun:
Paylaş: