Bilmədən küfr mahnıları oxuyan satanist sayılırmı?

    10.09.2019
Kimdən: 
Fidan
Sual: 
salam men youtube madonna seytan ayini icra edir videosuna baxdım. videonu teqdimeden evvelce mahninin sozlerini verdi men bir az oxydym.sonra de ki bunlari oxuyan her kes satanistdir.men indi satanist sayilirammi?men küfr etmeyi tovbe etmisdim defelerle indi de etdim bilmeden islenen günah günah sayilarmi? 2.sual Eşq seriallarina cekilmek bir zina etmeden esq seriallarina cekilmek eşq serialının senarisini yazmaq günahmi?her kesin onunnde cinsi elaqeye girmek günahmi?Xristianlarin yaninda hicabsız dolaşan qadin zinakar sayilarmi?Zinaya neler aiddir xahis edirem yazın
Cavab: 

Va aleykum Salam. 
1) Bir insanın qəlbən etiqad etmədən hansısa bir mətni oxuması onu kafir və ya satanist etmir. Bu, şeytanın insanları şübhəyə salıb Allahın yolundan uzaqlaşdırması üçün qurduğu hiylədir. Qəlbən etiqad etmədən, bilmədən dillə deyilən hər hansı bir küfr sözə görə insan kafir olmur. Uca Allah bu xüsusda buyurur: "Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar". (ən-Nəhl, 106). 
Bir hədisdə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allahın mömin bəndənin tövbəsinə görə sevinməsi, səhrada olarkən üzərində bütün azuqəsi, yeməyi-içməyi olan dəvəsini itirmiş  insanın timsalındadır. O, yatmış, oyananda isə dəvəsinin itdiyini görmüş, bütün günü onu axtarmış, susuzluqdan taqəti qurtaranda öz-özünə: "Qayıdım əvvəlki yerimə, ölənə qədər elə həmin yerdə yataram" – deyərək, ora qayıdır və ölümlə barışıb başını yerə qoyur. Yuxudan oyandıqda miniyini üzərindəki azuqəsi, yeməyi-içməyi ilə birlikdə başının üzərində dayandığını görüb sevinir. O dərəcədə sevinir ki, sevincindən: "Allahım Sən mənim qulumsan mən isə Sənin Rəbbin" - deyir. Bax, uca Allah da mömin bəndənin tövbəsinə bundan daha çox sevinir" (Səhih Muslim, 2744).
Yuxarıdakı ayə və hədis dəlalət edir ki, bir insan qəlbən etiqad etmədən səhvən və ya məcburi halda küfr söz işlədərsə, buna görə o, kafir olmur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Macəh, 2043). Həmçinin oxuyun:
Cahillik üzrlüdürmü? 
Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?

2) Ümumiyyətlə filmlərə və seriallara çəkilmək, onların ssenarisini yazmaq, hicabsız gəzmək və açıq-aşkar pozğunluq etmək böyük günahlardır. Uca Allah bizə əzalarımızı haramlardan qorumağı əmr edərək buyurur: "Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar". (ən-Nur, 30-31).
Uca Allah etdiyimiz əməllər barədə bizdən soruşacaq. O buyurur: "Həqiqətən, qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 36). Həmçinin oxuyun:
Boş vaxtımın hədər getməməsi üçün nə edim?
Zina və ondan necə qorunmaq haqqında

 

Paylaş: