Namazın əvvəlində "Allahu əkbər" deməmək olarmı?

    16.09.2019
Sual: 
Salam aleykum Men namaza baslayanda Allahu Əkbər deyende ele bilirem ki sehv demisem buna gorede namazi 1 saata qiliram namaza baslayanda Allahu əkbər demesem olar? xais edirem cavab verin
Cavab: 

Va aleykum salam. Namaza başlayarkən təkbir gətirmək, yəni "Allahu Əkbər" demək namazın rüknlərindən (əsaslarından) sayılır. Təkbir gətirmədən qılınan namaz batildir. Təkbir gətirib namaz qılın və şeytanın vəsvəsəsinə fikir verməyin. Həmçinin oxuyun:

Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?

Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?

Teqlər: 
Paylaş: