Xristian qadınla evlənmək olarmı?

    25.09.2019
Kimdən: 
Sual: 
Salam Aleykum xristian bir xanimla aile heyati qurmaq olar? Xristian oldugu ucun kebin nece kesilmelidir?
Cavab: 

Va aleykum salam. Uca Allah bizə (müsəlmanlara) Kitab əhlindən (xristian və yəhudi) olan namuslu qadınlarla evlənməyi halal etmişdir. Uca Allah bu xüsusda buyurur: "Mö­min qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, namuslu olub zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır" (əl-Maidə, 5).

Bu ayədə həmin qadınların İslamı qəbul etmələrinin şərt sayılmadığı bildirilir. Öz dinlərində qalsalar belə, Kitab əhlindən olan qadınlarla evlənməyə icazə verilir. Kitab əhlindən olan qadınlarla nigahın kəsilməsinə gəlincə, əgər qadının vəlilərindən müsəlman olan yoxdursa, qadının vəlisi kəbini kəsən şəxs (qazi, məscid imamı, məsul dini xadim) olur. Həmçinin, iki şahidin iştirakı ilə mehr təyin olunur və qadına verilir. Həmçinin oxuyun:

Başqa millətdən və irqdən olan qadınlarla evlənmək olarmı?

Xristian qadınları ilə müsəlman qadınların fərqi nədədir?

Evlənmək niyyəti ilə müşrik qadını sevmək olarmı?

Müsəlmanla Xristian fərqi nədədir?

Teqlər: 
Paylaş: