Çətinlikdən çıxmaq üçün nə edə bilərik?

    12.10.2019
Sual: 
Salam. Ailem cox cetin veziyyetdedi. Onlara aid olmayan borc ustlerine qalib vaxtda cox azdir. Cetinlikden cixmaq ucun ne ede bilerik?
Cavab: 

Va aleykum salam. Uca Allahdan ailənizi tezliklə bu çətinlikdən və sıxıntıdan qurtarmasını diləyirik. Biz sizə yalnız Allaha dua etməyi və Ondan yardım diləməyi tövsiyə edirik. Uca Allah duaları eşidəndir, Ona səmimi qəlbdən dua edən qullarını çarəsiz qoymur. Çalışın, Allah barədə gözəl zəndə olun. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm". Xüsusən duaların qəbul olunan vaxtlarda əlləriniz açıb Allahdan yardım istəyin. Uca Allah ona açılan əlləri boş qaytarmaz. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyur­muş­dur: "Həqiqətən, sizin Rəbbiniz həyalıdır, səxavətlidir; əllərini Ona doğru qaldırıb dua edən qulunun əllərini boş qaytarmağa həya edər". (Əbu Dəvud, 1490). Həmçinin oxuyun:


Teqlər: 
Paylaş: