Namaz qılanda hönkür-hönkür ağlayıram...

    01.11.2019
Kimdən: 
Xanim
Sual: 
Salam. 25 yashim var, aileliyem 2 ovladim var. Allaha shukir saglamiq, problemler xirda xurushdu. Dunya derdlerini ureyime salan deyilem, kimse xetrime deye falan. Hetta kimse rehmete gedendede deyirem Allah bilen meslehetdi. Di gel ki namaz qilanda honkur honkur agliyiram. Baxsaz ele bilersiz ki boyuk bir derdim var. Ele olur ki sozleri deye bilmirem. Yada namazdan sora secdede qalib aglayiram. Ele bil Allaha olan inamim guvemimnendi. Yada axiret gunudu, mende qalmisham Allahin qarshisinda rehm isdiyirem.
Cavab: 
Va aleykum Salam. Allah qorxusundan namazda ağlamaq möminlərə xas olan sifətdir. Uca Allah bu xüsusda buyurur: "Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır". (əl-İsra, 109, Məryəm, 58).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) təklikdə Uca Allahı yad edərək ağlayanların Qiyamət günü heç bir kölgənin olmadığı bir gündə Ərşin kölgəsində kölgələnəcəklərini bildirərək buyurur: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcəkdir: Bunlar ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “mən Allahdan qorxuram!”– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və təklikdə olduqda Allahı yad edərək gözləri yaşla dolan kimsə". (Səhih əl-Buxari, 660).
Başqa bir hədisdə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İki qrup insanın gözlərinə od toxunmaz. Bunlar: Allah qorxusundan ağlayanlar və Allah yolunda keşik çəkənlərdir". (ət-Tirmizi, 1639). Həmçinin oxuyun: Namaz qılarkən ağlamaq olarmı?

 

Teqlər: 
Paylaş: