Yel çıxması xəstəlik halını alarsa, namaz batil olurmu?

    04.11.2019
Sual: 
Salam.Mən hər namaz qılanda yel çıxmasına görə dəstəmaz alıram. Bəzən namaz qıldığım anda belə yel cıxır. Bu namazımı pozurmu?
Cavab: 

Va aleykum salam. Yelin çıxması dəstəmazı pozur. Lakin dinimiz xəstəlik halını almış hallar üçün müəyyən güzəştlər etmişdir. Bu səbəbdən əgər yel və ya sidik saxlaya bilməmək xəstəlik halını alar və bu xəstəlik davamlı olarsa, namazın vaxtı daxil olduqdan sonra hər bir fərz namaz üçün bir dəfə dəstəmaz alınmalıdır. Bundan sonra xəstəlik halını almış hallar dəstəmazı pozmur, hətta namaz əsnasında yel çıxsa və ya sidik gəlsə belə, bu vəziyyətdə qılınan namaz düzgün sayılır. Həmçinin bu cavabları oxuyun:

Bağırsağımda problem var, namaz vaxtı yel çıxarsa, yenidən qılmalıyammı?

Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın? 

Dəstəmazı pozan amillər 

Paylaş: