Şəhvət hissi ilə qadından maye gələrsə, qüsl alınırmı?

    12.10.2019
Sual: 
Salam.Bagışlayın suala göre.Heyz halda olarken şehvet hissi ile şeffaf maye gelse cenabet qusulu almaq olarmi?Ve cenabet qusulu kecerlidimi?
Cavab: 

Va aleykum Salam. Əgər qadından şəhvətlə maye gələrsə və bu, qadının həzz alaraq şəhvətini bitirməsinə (orqazma) səbəb olarsa, bu halda qadın cənabət qüslu almalıdır. Əgər sadəcə şəhvət nəticəsində maye gələrsə və bununla şəhvəti bitməzsə, bu halda qüsl almağa ehtiyac yoxdur. Əgər bu, yuxuda baş vermişsə, hər bir halda qüsl etmək lazımdır. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin (Allahın ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ya Rəsulullah! Allah haqqı deməkdən həya etməz. Qadın yuxuda ikən şəhvət hissi keçirərsə, qüsl etməlidirmi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, əgər su gö­rüb­sə (məni axıdıbsa,) etməlidir!" Ummu Sələmə (utandığından) üzünü yaş­maq­la örtdü və: "Ya Rəsulullah! Heç qadından da şəhvətlə su gələ bilər­mi?" - deyə soruşdu. Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Əlbəttə, ay yazıq! Belə olmasa, övladı ona necə oxşaya bilər?" (Səhih əl-Buxari, 130). 
Heyz halında isə qadın heyzin bitməsini gözləyib qüsl alır və bu qüsl onun cənabət qüslunu əvəz edir. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Paylaş: