Yaxın dostu zarafat məqsədilə pis ləqəblərlə çağırmaq olarmı?

    09.02.2020
Kimdən: 
Mömin insan
Sual: 
Salam əleykum.Mən 13 ildi namaz qılan, oruc tutan, quran oxuyan mömin insanam. Sizə 2 sualım var. 1) Musiqi haramdırsa, qadının öz kişisi ilə rəqs etməsi niyə haram deyil ki? Axı bu da musiqi ilə bağlı bir şeydir. 2)Mənim çox yaxın və əziz dostum var. 12 ildi ki onnan dostluq edirəm. Həmişə onunla çoxlu zarafatlar edirəm, o da mənlə edir. Lap çox da bir birimizə səfeh, zırrama, bambılı, düşük, ağıldan kəm, ağılsız və s. kimi sözlər deyib zarafatlaşırıq. Belə olan halda mən günah qazanıram? Allah sizdən razı olsun. Allah köməyiniz olsun.
Cavab: 

Va aleykumus-sələm.

1) İslam dinində musiqi haramdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız qadınlara öz aralarında dəf çalaraq oxumağa və oynamağa, həmçinin qadının öz əri üçün rəqs etməsinə icazə vermişdir. Digər hallarda isə musiqini və rəqsi qadağan etmişdir. Bu barədə daha ətraflı oxuyun:

"Namaz qılan şəxs musiqiyə qulaq asaraq onun sədaları altında rəqs edə bilərmi?"

Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?


2) Bir müsəlmanın hətta zarafatla olsa belə başqa birini pis və xoşagəlməz ləqəblərlə adlandırması qadağandır. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)" (Hucurat, 11). Bu ayənin nazilolma səbəbi barədə Əbu Cubeyrə ibn əd-Dahhak (Allah ondan razı olsun) demişdir: "O zamanlar bizlərdən bəzilərinin iki, yaxud üç adı olardı. Onlar bu adlardan bəzisi ilə çağırıldıqda qəzəb­lə­nər­di­lər. Onların barəsində bu ayə nazil oldu»: "…Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis lə­qəblərlə [ey ka­fir, ey fasiq, ey münafiq və i. a.] çağırmayın…." (Əbu Davud 4-cü cild, səh. 445), İbn Macə, 3741-ci hədis).

Paylaş: