Haqqını halal etmiş insan sonradan fikrindən dönə bilərmi?

    01.04.2020
Kimdən: 
Leyla
Sual: 
Salam.Rehmete getmis kisiye,, haqqimi halal edirem"deyib sonradan ölen adamin sene verdiyi zereri pislikleri görub,, haqqimi halal etmirem"deyirsen. Bu halda ölen adama haqqimi halal etmis oluram yoxsa etmemis oluram. Önceden tesekkurler.
Cavab: 

Va aleykumus-sələm. Əgər bir insan etdiyi zülmdən tövbə edibsə və zülm etdiyi insandan halallıq alıbsa, artıq günahı bağışlanır və bu zülmü etməmiş kimi olur. Haqqını halal edən insanın sonradan fikrindən dönərək haqqını tələb etməsi düzgün sayılmır və bu hal tövbə etmiş insana təsir etmir. Çünki bir insanın digərinə haqqını halal etməsi öz haqqını onun üzərindən götürmüş olur. İslam dinində olan qaydaya əsasən qüvvədən düşmüş haqq geri qayıtmır. Bu səbəbdən sağlığında haqqını halal etmiş insana öldükdən sonra "haqqımı halal etmirəm" deməsi doğru sayılmır və belə etmək ona heç bir zərər gətirmir. Bu hökm maddi haqqlara və borclara da aiddir. Əgər bir insan ona borcu olan şəxsə "borcumu bağışladım" deyirsə, sonradan ondan borcunu tələb edə bilməz. Həmçinin oxuyun:

Qul haqqı barədə

Halallıq nə zaman alınır?

Teqlər: 
Paylaş: