Zövcəm namaz qılmırsa, onunla yaşamağın hökmü nədir?

    15.04.2020
Kimdən: 
Zahidoğlu
Sual: 
Salam.Əgər evlilikdə qadın və kişi müsəlmandırsa,kişi namaz qılırsa lakin qadın namaz qılmırsa,kişi islam hökümləri ilə yaşamağa çalışsada qadın vacib əməlləri etmirsə bunun hökmü nədir?
Cavab: 

Aleykum salam. Əgər qadın imanın əsaslarına inanır və İslamın şərtlərini qəbul edirsə, o, müsəlman sayılır. Lakin bununla yanaşı vacib buyurulan ibadəti tərk etdiyinə görə böyük günah qazanır. Belə olan təqdirdə kişi öz zövcəsini gözəl şəkildə dəvət etməli, ona Allaha ibadət etməyin vacibliyini izah etməyə çalışmalıdır. Bunun üçün Allaha dua edərək yardım diləməlidir. Çünki qəlblər Allahın əlindədir, onları istədiyi kimi yönəldir. Uca Allah buyurur: "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır" (əl-Qəsəs, 56). Həmçinin oxuyun:

İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: