Vaxtın olmaması səbəbilə namaz qılmağa qayıda bilməməyimə görə günah qazanırammı?

    15.04.2020
Kimdən: 
Musa
Sual: 
Salam men namazı qılıb buraxmışam yeniden de baslaya bilmirem vaxtım olmur bu halda mene gunah yazilir?İndiden tesekkurler
Cavab: 

Aleykum salam. Namaz ən əzəmətli ibadət, insanı Allaha yaxınlaşdıran ən böyük əməldir. Namaz qılmamaq və ya qılıb tərk etmək isə Allahın qəzəbinə səbəb olan böyük günahdır. Hətta İslam alimləri namazı tərk etməyin zina etməkdən və adam öldürməkdən daha böyük günah olduğunu söyləmişlər. Bu səbəbdən Allaha tövbə edin və namaza qayıdın. Vaxtın olmamasına gəlincə, bu, namazı tərk etmək üçün üzr sayılmır. Ən uzun namaz (dördrükətli Zöhr və ya Əsr namazları) 5 dəqiqə çəkir. Bütün namazları (5 vaxt namazları) cəm etsək, 30 dəqiqədən çox vaxt aparmır. Uca Allah bizə günün 24 saatını bəxş etmişdir. Gün ərzində hər bir işə, yatmağa, yeməyə gəzməyə, istirahətə və s. vaxt ayıra bildiyimiz halda Allah üçün yarım saat vaxt ayırmamaq Allahın nemətlərinə qarşı nankorluq etməkdir. Uca Allahın bizdən istədiyi az bir əməlin və vaxtın müqabilində Axirətdə böyük mükafat olan Cənnəti verəcək. Bu səbəbdən gecikdirmədən tövbə edib namaza başlayın. Uca Allah bu işinizdə sizə yardım etsin! Həmçinin oxuyun:

Paylaş: