Dua edərkən hansı surələr oxunur?

    15.04.2020
Sual: 
Salam.Men dua etmey isdeyirem amma sureler o qeder coxdurki hansimdan basdayim bilmirem.Hansi komek eder deye suallar yaranir beynimde.Sinrada sece bilmirem deye oxumaqda yadimdan cixir.Yada oxuyanda deyirem gere i birini oxuyardim.
Cavab: 

Aleykum salam. Əgər "surələr" dedikdə Quran surələrini nəzərdə tutursunuzsa, bilin ki, dua etmək üçün hansısa bir surəni oxumağa ehtiyac yoxdur. Dinimiz bizə dua etmək üçün müəyyən qaydalar öyrətmişdir. Bu qaydaları ətraflı şəkildə bilmək üçün bu linkə müraciət edin:

Həmçinin, dua edərkən Quran və səhih hədislərdə gələn duaları etmək daha yaxşıdır. Çünki Uca Allahın Quranda nazil etdiyi və Peyğəmbərinə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öyrətdiyi dualar qısa məzmunlu, lakin geniş mənalıdır. Onları bilmək üçün bu linkə müraciət edin:

Həmçinin, duanın qəbul olunması üçün duanın qəbul olunmasına mane olan səbəblərdən çəkinmək və duanın qəbul olunduğu vaxtları seçmək lazımdır. Bu barədə daha ətraflı oxuyun:

Teqlər: 
Paylaş: