Ailəm icazə vermədiyinə görə namazı atmışam, yenidən başlaya bilərəmmi?

    02.05.2020
Kimdən: 
Aysel
Sual: 
salam aleyüm men sizə bir sual vermək istəyirdim:1)mən namz qılırdım amma,ailəm icazə vermir deyə namazlarımı dayandırdım buna görə günah qazanırammı və yaxud namazı təzədən başlamaq istəyirəm bu doğrudurmu?
Cavab: 

Aleykum salam. Namazı dayandırmaqda səhv etmisiniz, çünki namazı dayandırmaq böyük günahdır və bu işdə valideynlərə itaət etmək olmaz. Uca Allah buyurur: "Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bil­mədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məc­bur etsələr, onlara gü­zəş­tə getmə" (əl-Ənkəbut, 8). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Yaradana (Allaha) asi olmaqda məxluqa itaət edilməz" (İmam Əhməd, 1095). Bu səbəbdən tövbə edin və dərhal namaza başlayın. Həmçinin oxuyun:

Paylaş: