Namaz qılmıram, lakin çoxlu zikr və istiğfar edirəm...

    12.05.2020
Sual: 
Aleykum salam bir sualım var namaz qılmiram ama hər gün zikr Allahın rəsulu a salavat deyirem ama ürəkdən isdeyirem namaz qılam ama alınmır mən nə edə bilərəm onuda deyimki mən hər gün zikr və istiğfar edirəm tewekkur edirem
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bildirmişdir ki, Uca Allahın Qiyamət günü qulundan soruşacağı ilk əməl namaz olacaq. Əgər namazları qaydasında olarsa, əməlləri barədə sorğu-sualı da asan olacaq. Əgər namazları qaydasında olmayacaqsa, sorğu-sualı çətin olacaq. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Qiyamət günü insan­ların əməllərindən ilk hesaba çəkilən namaz olacaq­dır. Əgər namazları qaydasında olarsa nicat tapacaqdır. Yox əgər namazları qaydasında olmasa ziyana uğrayacaq və həlak olacaq" (Əbu Davud, 864, ət-Tirmizi, 413). Həmşinin bilin ki, insan nə qədər zikr və istiğfar etsə də bu namazı əvəz etmir. Bu səbəbdən ilk olaraq namaza başlamalısınız. Namaz qılmaq heç də çətin ibadət deyildir. Xəstəlik təhlükəsi olduqda və ya su tapmadıqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə namaz uzanaraq qılınır. Bütün bunlar Uca Allahın Öz lütfü ilə bizə dini asanlaşdırmasıdır. Uca Allah buyurur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir". (əl-Bəqərə, 185). Başqa bir ayədə buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286).
Namaza başlamağa mane olan şübhələr...
Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?
Namaz qılmaq istəyirəm, amma şəraitim yoxdur

Paylaş: