Yalnız Quran oxumaq üçün dəstəmazsız məscidə girmək olarmı?

    08.05.2020
Sual: 
Salam,destenamazsiz mescide daxil olmaq olarmi? Namaz qilmaq ucun deyil sadece daxil olub quran oxumaq?
Cavab: 

Aleykum salam. Oturmamaq şərtilə məscidə dəstəmazsız daxil olmaq olar. Lakin əgər məsciddə oturmağa qərar vermisinizsə, bu halda oturmazdan əvvəl iki rükət "məscidə salam" (təhiyyətul-məscid) namazı qılmağınız vacibdir. Namaz qılmaq üçün isə dəstəmazlı olmaq şərtdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biriniz məscidə daxil olduqda iki rükət namaz qılmadan oturmasın". (Səhih əl-Buxari, 1163). Həmçinin oxuyun:
Məscidə getməyin savabı
Qüsl almadan məscidə girmək günahdırmı?

Teqlər: 
Paylaş: