Tərkibində içki olan qaba toxunmaq namazı batil edirmi?

    09.06.2020
Sual: 
Salam....Men oz marketimizde işleyirem ve ister istemez elim ickilere falan deyir kimse isteyen de verirem.bu namazimi pozurmu? ve gunahdirmi?tesekurler.
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, əlinizin sərxoşedici içki olan qaba və ya içkinin özünə dəyməsi namazı pozmur, çünki sərxoşedici içkini içmək haram olsa da, o, özü-özlüyündə murdar sayılmır. Hətta ələ və ya paltara dəysə belə əl və ya paltar murdar olmur. Lakin bilməlisiniz ki, sərxoşedici içki içmək haram və böyük günah olduğu üçün, içki olan marketdə işləməyiniz düzgün deyil. Ən azı içki olan şöbədə işləməkdən çəkinin. Çünki belə etməklə siz haram işə vəsilə olmuş olursunuz və yardım etmiş sayılırsınız. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" (əl-Maidə, 2). Peyğəmbər (salləllahu aleyhi və səlləm) içki ilə əlaqədar 10 nəfərə lənət edib: "Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana". (ət-Tirmizi "Alqı-satqı", 59). Bu səbəbdən daha uyğun olan iş yeri axtarmağa və ya içki ilə əlaqəli olan bölmədə işləməməyə çalışmaq lazımdır. Həmçinin oxuyun:
Marketdə işləmək olar?
Araq butulkasına əl vurmaq olarmı?
Ruzinin artması üçün nə etməliyik?

Paylaş: