Ərimi qəzəbləndirəcək günah etmişəm, məni bağışlaması üçün nə edə bilərəm?

    17.06.2020
Sual: 
Salam, yoldasimi eseblesdirecek gunah etmisem cox pesmanam tovbe etmisem,cox uzgunem o ise deyirki olsende seni bagislamayacam,haqqimi halal elemirem,dua edirem ki Allah da oda meni bagislasin, amma nece dua edim basqa? Komejlik edin sagolun
Cavab: 

Aleykum salam. Dinimiz qadına ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı buyurub. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir". (əl-Bəqərə, 228). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Allahdan qeyrisinə səcdə etmək icazəli olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim". (İbn Macəh, 2/1852). əl-Huseyn ibn Mihsandan rəvayət olunur ki, bir dəfə onun bibisi bir işlə əlaqədar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəldi. İşini həll etdikdən sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) ondan soruşdu: "Sən evlisənmi?" Qadın: "Bəli" - deyə cavab verdi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşdu: "Ona qarşı necə davranırsan?" Qadın dedi: "Bacardığım qədər qulluğunda dururam". Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bil ki, (haqqını ödədədiyin təqdirdə) o sənin ya Cənnətin, ya da (haqqını ödəməsən) Cəhənnəmindir". (İmam Əhməd, 19025). Bu mənada hədislər çoxdur və bu hədislər qadının ərinə itaətinin, onun malını və namusunu qorumasının vacibliyinə dəlalət edir. Bu səbəbdən sizə ərinizlə halallaşmağı və bunun üçün cəhd etməyinizi tövsiyə edirik. Əgər özünüz bacarmasanız bu zaman ərinizin hörmət etdiyi və sözünü eşitdiyi qohumları cəlb edə bilərsiniz. Həmçinin Allaha dua edin və ərinizin qəlbində sizə qarşı sevgi yaratmasını və yumşaltmasını diləyin. Çünki, qəlblər Uca Allahın barmaqlarından ikisinin arasındadır istədiyi kimi çevirər. Həmçinin oxuyun: 
Ərimin xətrinə dəymişəm, nə edim ki, məni bağışlasın?
İstərdim yoldaşım məni çox sevsin, bunun üçün bir dua varmı? 
İslam dininə görə qadın necə olmalıdır?

Teqlər: 
Paylaş: