Səfərdə olan insan qayıdanda namazın vaxtının çıxmayacağını bilirsə, yenə də namazları birləşdirə bilərmi?

    30.06.2020
Kimdən: 
Mahir
Sual: 
Salam Aleykum.Maşınla yaşadıqəm şəhıedən 100 150.klmetr uzaqa gedirəm Namazlarmı səfər qılıram.vı axşam evə çatanda işanın vaxtı çıxmış olmur.bunda bir səhvlik yoxdu? Yəni namazı birləşdirib qılmışam məqribnən işanı.
Cavab: 

Aleykum salam. Səfərdə olarkən namazlarını birləşdirən insan səfərdən qayıtdıqdan sonra birləşdirdiyi ikinci namazın vaxtı hələ çıxmamışsa, onun bu namazı yenidən qılmağa ehtiyac yoxdur. İnsan səfərdə olarkən qayıtdıqdan sonra birləşdirdiyi namazın vaxtının çıxmadığını bilsə belə namazları birləşdirə bilər. Namazları səfərdə birləşdirmək barədə oxuyun: Səfər namazı necə qılınır?

Teqlər: 
Paylaş: