Tütyə nədir?

    16.03.2021
Kimdən: 
Abc.123
Sual: 
Salam aleyküm. 1.Siz vəhhabisiz çünki sizdən soruşandaki harada təhsil almısız və adınızı demək istəmirsiz elə deyil? 2.Tütyə nədir? 3.Hər fərz namazından sonra fərq etməz dərhal nafilə namazl qılmaq olarmı yoxsa bir müddət keçməlidirmi 3 kərahət vaxtı daxil olmaqla nafilə namazı qılmaq olarmı?
Cavab: 

Və aleykum Salam.
1. Bu saytdakı sualları cavablandıran şəxslər, ilahiyyat elmləri üzrə İslam Universitetlərində təhsil almış bir qrup ali təhsilli mütəxəssislərdir. Adlarının çəkilməsini istəmədikləri üçün biz də yazmırıq. Bu cavabları oxuyun:
Vəhhabi kimlərdir?​
Hansı məzhəb düzgündür?
2. El içərisində tütyə adlanan şey əslində pirlərin, ocaqların üstündən gətirilən narın torpaqdır. Bu kimi yerləri ziyarət edən bəzi dindən məlumatsız insanlar şəfa və ya kömək məqsədilə həmin tozu su ilə qarışdıraraq içirlər, bununla da həm sağlamlıqlarını təhlükəyə atırlar, həm də Allahdan başqasından şəfa istəməklə böyük günah qazanırlar. Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
3. Uqbə ibn Amir (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə günün üç vaxtı namaz qılmağı və ya ölülərimizi basdırmağı qadağan edirdi. Günəş doğub tam yüksələnə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçənə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər. (Səhih Sunən İbn Macəh, 1233; Səhih Muslim, 1/568/ №: 831). Həmçinin oxuyun:
Sünnət namazı nədir və necə qılınır?
Fərz namazlarının sünnətləri neçə rükətdir?
Sünnət namazlarına dair hansı hədislər varmı?
Namaz qılmaq qadağan olunan vaxtlar barədə

Teqlər: 
Paylaş: