Neçə yaşına qədər günahlar yazılmır?

    31.08.2020
Sual: 
Men bir qizin sekillerin bawqa oglana atmiwam. Indi pewmanam. Bu gunaha gore Allah bagiwlayar meni? Birde qizlarin gunahi nece yawa qeder bagiwlanir? Xahiw tez cavab verin
Cavab: 

Salam aleykum. Bir insanın izni olmadan onun şəkillərini başqasına göndərmək günahdır və buna görə Allaha tövbə etməklə yanaşı şəklini göndərdiyiniz insandan halallıq almalısınız. Həmçinin, bu əməlinizə görə yarana bilən fəsadı aradan qaldırmağa çalışmalısınız. Belə ki, şəkili göndərdiyiniz oğlandan bu şəkilləri silməyi tələb etməlisiniz. 
İnsan həddi-büluğa çatdıqdan sonra artıq Allahın ona vacib etdiyi əmrləri yerinə yetirməlidir və etdiyi günahlar ona yazılır. Qız uşağının həddi-büluğa çatması onun heyz olması və ya qasıq hissəsində tüklərin bitməsi ilə bilinir. Əgər bu iki əlamət olmasa, o zaman qızın 15 yaşa çatması ilə o artıq həddi-büluğa çatmış sayılır. Həmçinin oxuyun:
Sosial şəbəkədə paylaşılan video və şəkilləri götürərkən paylaşan şəxsdən icazə alınmalıdır?
Qul haqqı barədə 
Yetkinlik yaşına çatmağın əlamətləri nədir?
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

Paylaş: