Abortdan neçə gün sonra namazlarımı qılmağa başlamalıyam?

    19.04.2014
Kimdən: 
Əsma
Sual: 
Salam aleykum. Abort edenden sonra namazimi nece qilim? Yeni qezasi varmi? Abort olanda 10 gun qan gelib. 10 gun erzinde de namazimi qila bilmemishem. Qezasi varmi?
Cavab: 

Aleykum salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur. Lakin tez də qurtara bilər. Nifas qanı təmizləndikdən sonra qadın qüsl edib namazlara başlamalıdır. Yox, əgər 81 gündən az olan vaxtda abort olubsa, bu zaman namazı saxlamaq olmaz. Əgər bu müddət ərzində namazları qıla bilməmisinizsə, onları indi qılmağa ehtiyac yoxdur. Daha ətraflı:
Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?

Paylaş: