Evlənmək üçün imanlı qadın tapa bilmirəm, nə edim?

    18.11.2020
Kimdən: 
Bəhlul
Sual: 
Əssələmu Aleykum va Rahmətullah Allah elminizə bərəkət versin qardaşlar. Sizdən Allah üçün bir nəsihət və yardım istəyirəm Mənim 27 yaşım var hələ də evlənməmişəm Allaha həmd olsun yeməyə Ruzim və evim var sadəcə evlənə bilmirəm Buna görə çox çətinliy çəkirəm bu məsələ hətdda mənim dinimə dəhşətli dərəcədə təsir edir.Qardaşlar mənə yol göstərin Yəni evlənməyə qadın tapa bilmirəm yoxsa necə özüm də anlaya bilmirəm Qorxduğum əsas məsələ də İslama uymayan bir qadınla evlənməyimdir Allahdan istəyirəm ki Allaha imanı olan bir zövcə nəsib etsin mənə.Əssələmu Aleykum
Cavab: 
Və aleykumus-sələm və rahmətullah. Evlənmək Uca Allahın əmridir: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32). Ona görə də subay kişi evlənməyə çalışmalıdır. Həmçinin qadına evlilik təklif edən olarsa, dinindən və əxlaqından razı olarsa, qəbul etməsi daha savabdır. Həmçinin, evlilik, dini, namusu, iffəti qorumağın və zinakarlıqdan uzaq olmağın ən gözəl yoludur. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun! Həqiqətən oruc tutmaq onun dərmanıdır". (Səhih əl-Buxari, 5065; Səhih Muslim: 400).  
Kiminlə ailə qurmaq barədə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə aşağıdakıları tövsiyə etmişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (Səhih əl-Buxari, 5090).
Odur ki, səbirli olub dindar qadınla evlənməyə çalışın. Bunun üçün mümkün yollarla cəhd edin. Ətrafınızda olan insanlardan da bu işdə sizə yardım etməsini istəyin və Allaha dua edib sizə xeyirli zövcə yetirməsini diləyin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: