Əhli-Beyt haqqında hədisləri harada tapa bilərik?

    06.10.2020
Kimdən: 
isaq
Sual: 
Allahın Salamı, Rehmeti ve Bereketi sizin ve bütün müselmanların üzerine olsun. Ehli sünnetde Ehli beytden sehih hedisleri hardan tapa bilerik? Allah rızası üçün bu mövzuda mene yardım edin. Uca Allah ömrünüze ve elminize bereket versin.
Cavab: 
Və aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu. Əgər Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əhli-beytinin Peyğəmbərdən rəvayət etdikləri hədisləri nəzərdə tutursunuzsa, belə hədislər müstəqil olaraq cəm olunmasa da, hədis kitablarında çox sayda mövcuddur. Hətta bəzi hədis alimləri öz kitablarında "Əhli-Beytin fəziləti" başlığı altında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əhli-beyt barədə hədislərini cəm etmişlər. Məsələn ət-Tirmizi özünün "Sunən" əsərində "Əhli-Beytin fəziləti" adlı bir başlıq qoymuş və bu hədisi rəvayət etmişdir: "Ey insanlar! Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Birinci Allahın Kitabı, İkinci Əhli beytimdir. Əgər bu ikisinə sarılsanız azmazsızın". (ət-Tirmizi, 3786). Habelə, İmam Muslim "Səhih" əsərində də belə bir başlıq qoymuş və oxşar hədisi rəvayət etmişdir.
Əgər sualda Əhli-Beytdən olan səhabələrin sözləri nəzərdə tutulursa, bu qəbildən olan hikmətli sözlər də Əhli-Sünnənin hədis kitablarında yer almışdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: