Fitrə zəkatını bayram günündən bir və ya iki gün əvvəl çıxartmaq olarmı?

    11.10.2020
Kimdən: 
İsmət
Sual: 
Salam. Ramazan bayramınız mübarək. Allah orucunuzu qəbul eləsin. Bir sualım var. Xahiş edirəm cavablandırasınız. Mənim Rusiyada qardaşlarım yaşayır. Yaşadıqları şəhərdə fitre veriləcək adam yoxdur. (və ya belə adamı tapa bilmirlər) Biz bilirik ki, fitrəni bayram günü tezdən vermək lazımdır. Sualım belədir: Fitrəni onlar 1 ya 2 gün öncə bank ilə mənə, yəni Azərbaycana göndərsə və mən bayram günü tezdən ehtiyacı olana versəm doğru olarmı? Çünki Azərbaycanda bayram günü iş olmur. Həmçinin fitrə banklarda iş saatının başlanmasından əvvəl verildiyinə görə bayram günü bank ilə göndərmək mümkün olmayacaq. Öncədən təşəkkür edirəm.
Cavab: 
Və aleykum Salam. Fitrəni çıxartmağın ən fəzilətli vaxtı bayram günü bayram namazına qədər olsa da, bayram günündən bir və ya iki gün əvvəl çıxartmaq da icazəlidir. Həmçinin oxuyun:

 

Teqlər: 
Paylaş: