Başqalarına həsəd və kin bəsləməkdən necə qurtulmaq olar?

    01.12.2020
Kimdən: 
30
Sual: 
Eyni statuda olan 2 şexs arasinda ister maddi ister menevi ferq qoyulduqda ortada hesed paxilliq yaranir.ozunu haqsizliga ugradigini sanir insan. bu nederecede dogrudur.haqsizliq neticesinde hesed, kin yaranir.deyer verirsen qarsiliginda onu gormursen. Bunun ozude hirse sebeb olur. Ruzini qismeti Allah verir bilirem.Allaha Hevale etmek lazimdi onuda bilirem .amma Bezen adam ozunu hislerini cilovlaya bilmir. hesedden,paxilliqdan,kinnen, hirsden bu kimi hislerden qurtulmaq ucun dua, zikr varmi? Istigfar etmek. Euzu billahi mines seytanir recim errehmanir rehim bele deyerek dua etmek duzdurmu. Tam menasini bilmirem isletmek nedercede dogrudur
Cavab: 
Salam aleykum. Paxıllıqdan qurtulmaq haqqında bu cavabı oxuyun: Paxıllıq hissinə necə qalib gəlmək olar? 
Sualda qeyd olunan zikrlərə gəlincə, İstiğfar etmək "Allahdan bağışlanma diləmək" deməkdir. İstiğfar "Əstəğfirullah" (Allahım səndən bağışlanma diləyirəm) deməklə olur. "Əuzu billəhi minəş-şeytanir-racim" cümləsinin mənası "Məlun şeytanın şərindən Allaha sığınıram" deməkdir. Bu cümlədən sonra "Ər-Rahmənir-Rəhim" (Mərhəmətli və Rəhmli) demək düzgün deyil. "Bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) demək doğrudur.
Bundan əlavə Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan duaları və ümumiyyətlə istədiyiniz duaları deyə bilərsiniz. Həmçinin oxuyun: Həsəddən qorunmaq üçün dua varmı?
Teqlər: 
Paylaş: