Həsəddən qorunmaq üçün dua varmı?

    29.04.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. Nefis haqda niye meqale yazmirsiniz? Nefisden qorunmaq uchun dua varmi? Varsa yazinda Allah komeyiniz olsun!
Cavab: 

Aleykum salam. Bəzi insanlar həsədə nəfis deyirlər. Həsəd və gözdəyəmədən qorunmaq üçün əl-İxlas, əl-Fələq ən-Nas surələrini və Ayətul-Kursini hər namazdan sonra və gün ərzində oxuyun. Həmçinin Peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi və səlləm) nəvələri Həsən və Hüseyni (Allah onlardan razı olsun) qorumaq üçün belə dua edərdi: "Uiyzukumə bikəliməti-l-ləhi-t-təm­məti, min kulli şeytanin va həmmətin, va min kulli aynin ləmmətin - Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəl­mələrinə həvalə edirəm". (əl-Buxari, 4/119). Həmçinin, oxuyun: Paxıllıq hissinə necə qalib gəlmək olar?

Teqlər: 
Paylaş: