"Tayyibin" və ya "xəmsi əşərə münacatı" deyilən dualar varmı?

    26.02.2021
Kimdən: 
Nigar
Sual: 
Salam. Xüsusi olaraq bir işə görə tövbə etmədən sadəcə kiçik günah və səhvlərimizi baəışlanmağını istədiyimiz üçün tövbə edə bilərikmi?. Bir də "Tayyibin duasını və Xəmsi əşərə münacatını qoya bilərsinizmi?. Əvvəlcədən Allah Razı Olsun.
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə insan tövbə edərkən bütün günahlardan, həm kiçik, həm də böyük günahlardan tövbə etməlidir. Böyük günahlardan tövbə etmək isə daha vacibdir. Bu cavabları oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı? 
Günahlardan necə xilas olmaq olar?
Kiçik günahlar da qeydə alınırmı?

İslamda "tayyibin" və ya "xəmsi əşərə münacatı" deyilən dualar yoxdur. Quranda və səhih hədislərdə bildirilən dua və zikrləri buradan oxuya bilərsiniz:
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
Quran və Səhih hədislərdən seçilmiş dualar

Teqlər: 
Paylaş: