Ac qalanda təzyiqi düşən adam oruc tuta bilmirsə nə etməlidir?

    25.12.2020
Kimdən: 
Gül
Sual: 
Salam. Mən heç oruc tutmamışam, xəstəliklərim var. Ac qalanda təzyiqim düşür. Mənə oruc fərzdir mi? İmsak ilə iftar arasındaki vaxtda çox uzun olduğu üçün tutmamışam heç, indi mən nə edim. Bu barədə məlumat versəniz çox yaxşı olar sağolun.
Cavab: 
Va aleykum Salam. Xəstə və qoca insanlara, habelə hamilə və süd verən qadınlara oruc vacib deyil. Başqa günlərdə buraxdığı orucları qəza etməyə gücü çatan insanlar, bu orucları qəza etməlidirlər. Əks təqdirdə kəffarə verməlidirlər -- hər öz yediyinə uyğun bir kasıbı yedizdirməlidir. Əgər siz imsakla iftar arasında uzun vaxt olan günlərdə çətinlik çəkirsinizsə, o zaman ilin digər aylarında, imsakla iftar arasında vaxtın qısa olduğu günlərdə (qış aylarında) orucu qəza etməyə cəhd edin. Əgər bu aylarda da oruc tutmaq sizə çətin olarsa, o zaman kəffarə verməlisiniz. Daha ətraflı: 
Teqlər: 
Paylaş: