"Bərəkət Qurandan üstündür" deyimi doğrudurmu?

    04.02.2021
Kimdən: 
Şehriyar
Sual: 
Salam,tez tez bir sualla rastlaşiram bereket qurandan ustundur,axi qurani kerim allahin kelamlaridir ,allahin kelamindan heçne üstün ola bilmez axi,xahiş edirem etirafli buna cvb yazardiz
Cavab: 
Va aleykum Salam. Belə sözlər camaat arasında gəzən və dəlil-sübutu, həmçinin açıq mənası olmayan sözlərdir. Ona görə də belə sözlərdən çəkinmək lazımdır. Bərəkət sözünün mənası xeyir deməkdir. Quran özü bütünlüklə bərəkətdir. Uca Allah buyurur: "Bu, Bizim nazil etdiyi­miz mü­ba­rək bir Kitabdır. Ona tabe olun və Allah­dan qorxun ki, bəlkə sizə rəhm oluna­". (əl-Ənam, 155). Həmçinin buyurur: "Bu mübarək Kitabı sənə nazil etdik ki, in­sanlar onun ayələrini düşü­nüb an­lasınlar və ağıl sahibləri­ də ondan ibrət gö­tür­sünlər". (Sad, 29). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: