Adəm və Həvva dövründə İslam dini var idimi?

    04.02.2021
Kimdən: 
Kamran
Sual: 
Salam size bir sual verim adem ve hevva olanda islam dini var idi?
Cavab: 
Va aleykum Salam. Adəmdən başlayaraq son Peyğəmbər Muhəmmədə kimi gəlib keçmiş bütün peyğəmbərlər öz qövmlərini tək Allaha ibadət etməyə və onlara göndərilmiş peyğəmbərə itaət etməyə çağırmışlar. Onların hamısına Allahın salavatı və salamı olsun! Bu çağırışı qəbul edib ona göndərilmiş peyğəmbəri təsdiq edən və tək Allaha ibadət edən şəxs öz dövründə müsəlman sayılırdı. İslam sözünün mənası da məhz budur. İslam sözünün mənası Allaha təslim olmaq deməkdir. Adəmin dövründə yaşamış insanlardan Adəmin gətirdiyi dini təsdiq edən və tək Allaha ibadət kəslər müsəlman sayılırdı. Həmçinin Adəmdən sonra gələn bütün peyğəmbərlər də belədir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: