Allaha ümidsiz halda dua etmək olarmı?

    06.04.2021
Kimdən: 
Aysu
Sual: 
Salam.cox xaiw cvb yazardizda. Menm sevdiyim oglan var. Qovuwmaq ucun Allaha dua edirem. Duaya bawlamamiwdan qabaq ve ya dua zamani icimden bir ses deyrki dua etme onsuzda qebul olmayaq. O hara sen hara. Allah bawqa qiza qismet edecek. Cetin meseledi. Hemwe tek qalacaqsan gelinlik geyinmek qismetin olmayacaq ve.s bu kimi duwunceler. Cox cetn vezyetdeyem. Dua etmek istiyirem ama herden olmur. Dua etmeye yoruluram deyrem onsuzda qebul olmayacaq. Sene aglamaq qalacaq bu sevgide. Men ne ede bilerem ne meslehet gorursuz
Cavab: 
Aleykum salam. Dua edərkən duanın qəbul olunmasına şübhə ilə yanaşmaq olmaz, çünki bu, duanın qəbul olunmasına mane olan amillərdən biridir. Allah duanızı qəbul edərək həyata keçirmək istəsə, ona heç nə mane ola bilməz.  Uca Allah buyurur: "Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir". (Fatir, 2). Ona görə də, Allaha dua edərkən qətiyyətlə və qəbul olunmasına şəkk etmədən diləmək lazımdır. Sizə gələn bu fikirlər isə şeytanın sizi ümidsizliyə salmaq üçün etdiyi vəsvəsəsidir. Belə vəsvəsələrə fikir verməyin. Bu barədə ətraflı oxuyun: Dualarım qəbul olmur, nə edim? 
Duanın qəbul olması dedikdə nə nəzərdə tutulur

Həmçinin bilmək lazımdır ki, insan gərək həmişə Allah barədə gözəl zəndə olsun. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Əgər o, xeyir zənn etsə, ona xeyir veriləcəkdir. Əgər o, şər zənn etsə, ona şər veriləcəkdir". (İbn Hibban, 639). Başqa rəvayətdə deyilir: "Allah buyurur: "...Mənə dua etdikcə Mən onunlayam". (əl-Buxari: "Ədəbul-Mufrad", 616). Allahdan heç vaxt ümidi kəsmək olmaz, çünki bu, böyük günahlardandır. Allaha dua edərək sizə xeyirli həyat yoldaşı yetirməsini istəyin. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: