Səcdə halında dua etmək namazı batil edirmi?

    04.02.2021
Kimdən: 
Samama
Sual: 
Salam aleykum. men ailemcun sevdiylerimcun namazda iken secdede dua ede bileremmi? men 4 aydirki namaza baslamisam namazda secde halinda dua edirdim ailemcun sevdiylerimcun. ama mene dedilerki sen secde halinda dua edende namazi bolursen batil olur namazin bu duzdurmu? coxsagolun
Cavab: 
Va aleykum Salam. Səcdədə dua etmək icazəlidir və bu, yaxşı əməllərdən sayılır. Əksinə səcdə halında dua etmək duanın qəbul olunan yerlərindən biridir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Səhih Muslim, 482). Ona görə belə danışanlara fikir verməyin. Daha ətraflı: 
Teqlər: 
Paylaş: