Yuxuda cinsi əlaqədə olduğunu görən buna görə günah qazanırmı?

    04.02.2021
Kimdən: 
Allahı sevən
Sual: 
Salam aleykum. Bir sualım var sizə. Mən oğlanam Namaz qılıram. Səhər Namazından qabaq qızla cinsi əlaqədə olduğum yuxu gördüm öz özünə boşaldım. Çox peşmanam. Buna görə günah qazanırammı. Birdəki Namazmıda qıla bilmirəm. Qüslum pozulurmu. Xaiş cavb verin. Təşəkkülər
Cavab: 
Aleykum salam. Yuxuda görülənlər qeyri-ixtiyari olduğu üçün bunlara görə insana günah yazılmır. Ömər ibn əl-Xattab rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...". (Sunən Əbu Davud, "Hudud", 17 - 12/50, №: 4391). Yuxuda cinsi əlaqədə olduğunu görən və cunub olan (sperma gəldiyini görən) insan qüsl etməlidir. Daha ətraflı:
Paylaş: