124000 peyğəmbərin hamısını tanıyan varmı?

    23.04.2014
Sual: 
Salam aleykum. Goresen kimse 124000 peygemberin her birisini taniyirmi? Neye gore Qurani Kerimde tekce 25 peygemberin adi chekilib?
Cavab: 

Aleykum salam. Heç kim Allahın Bizə bəyan etdiyindən artıq Peyğəmbərlərin adını bilə bilməz. Uca Allah Qurani Kərimdə buyurur: "Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik." (Nisa 164) Bu ayə göstərir ki, Allahın Bizə barələrində danışmadığı Peyğəmbərlər də var.
Həmçinin, heç kim Allaha "niyə" sualı verə bilməz. Uca Allah təala 25 Peyğəmbərin adını çəkibsə, heç kim deyə bilməz ki niyə başqalarının adını çəkməyib. Biz bilirik ki, Allahın hər bir işində hikmət var.

Teqlər: 
Paylaş: