Haram qazanc yeyən şəxs namaz qıla bilərmi?

    21.05.2021
Sual: 
Salam. Haram pul yeyerek namaz qılarsaq harammı etmiş olarıx? ve menim 15 yaşım var namaz qıla bileremmi?
Cavab: 

Aleykum salam. Qazancının halal və ya haram olmasından asılı olmayaraq, namaz həddi-büluğa çatmış hər bir müsəlmana vacibdir. 

Haram qazanca gəlincə, Uca Allah haram qazanc əldə etmək və ailəyə haram yedirtməyi qadağan etmişdir. Haram yemək günah olmaqla yanaşı, duaların qəbul olunmasına da maneədir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Səhih Muslim, 1686). Haram işlə məşğul olan Allahdan qorxaraq tövbə etməlidir. Uca Allah buyrur: "...Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha layiqincə təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Talaq, 2-3). 
15 yaşı tamamlanmış gənc artıq həddi-büluğa çatmış sayılır və ona namaz qılmaq vacibdir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir...". (əl-Ənkəbut, 45). Həmçinin oxuyun:
Paylaş: