Namaz qılıb hicab bağlamamaq böyük günahdırmı?

    29.07.2021
Kimdən: 
Aysel
Sual: 
Salam Qapanmamaq gunahmidir?ve ya qapanib namaz qilmamaq ve ya goze qara qelem cekmek ? :) Tesekurler.
Cavab: 
Və aleykum Salam. Hər bir həddi-büluğa çatmış müsəlman qadına namaz qılmaq və hicab geyinmək vacibdir. Qadın namaz qılıb hicab bağlamazsa, namaza görə savab, hicab bağlamamağa görə isə günah qazanır. Həmçinin əksinə, qadın hicab bağlayıb namaz qılmazsa, hicab bağladığına görə savab, namaz qılmadığına görə günah qazanır. Namaz qılmaq və Hicab bağlamaq Allaha və Onun Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) itaət etməkdir. Lakin namaz qılmamaq, hicab bağlamamaqdan daha böyük günahdır. Həmçinin oxuyun:
Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?​
Hicab azadlıqdır!

Qadın öz məhrəmləri yanında və ya qadınlar arasında gözlərinə sürmə və ya qələm çəkməklə bəzənə bilər. Bu halda naməhrəmlərin qarşısına çıxması isə qadağandır. Həmçinin oxuyun:

Paylaş: